Dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-fevral aylarında 3,0 milyon ton yük, 1261,5 min sərnişin daşınıb.2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 2,7 faiz, sərnişin daşınmasında isə 30,8 faiz artım müşahidə olunub.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata görə, orta hesabla sutkada 363 vaqon yüklənib, 415 vaqon isə boşaldılıb.Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,5 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!