Azərbaycanda yük və sərnişin daşımaları artıb | Banco.az

Azərbaycanda yük və sərnişin daşımaları artıb

2024-cü ilin yanvar-fevral ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 faiz və 8,4 faiz artıb.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 35,2 milyon ton yük daşınıb.

Yüklərin 3,6 faizi dəniz, 8,5 faizi dəmir yolu, 0,2 faizi hava, 54,7 faizi avtomobil nəqliyyatı, 33,0 faizi isə boru kəməri ilə daşınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram