Azərbaycanda minik avtomobili istehsalı 26% artıb | Banco.az

Azərbaycanda minik avtomobili istehsalı 26% artıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 574 ədəd minik avtomobili, 149 ədəd isə yük avtomobili istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 25.9%, yük avtomobili istehsalı isə 33% artıb.

Qeyd edək ki, cari ilin mart ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 232 ədəd minik, 64 ədəd isə yük avtomobili təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram