Bu il dünya bazarlarında neftin qiyməti artacaq – PROQNOZ | Banco.az

Bu il dünya bazarlarında neftin qiyməti artacaq – PROQNOZ

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ Energetika Nazirliyi bu il üçün "Brent" markalı neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu 82,42 dollardan 87 dollara yüksəldib. 

Banco.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir.

Proqnoza görə, gələn il "Brent" markalı neftin bir barelinin qiyməti 84,80 (əvvəlki proqnozdan 5,32 dollar çox) dollar olacaq. Eyni zamanda, agentlik WTI markalı neftin bir barelinin qiymətinin bu il 82,15 dollar (əvvəlki proqnoz 77,68 dollar), 2025-ci ildə isə 80,30 dollar (əvvəlki proqnozdan 5,32 dollar çox) səviyyəsində olacağını proqnoz edir.

Qeyd edilib ki, "Brent" markalı neftin qiyməti ötən il 82,41 dollar, WTI markalı neftin qiyməti isə 77,58 dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et