Bu il Azərbaycan Avropaya qaz ixracını 10 %-dən çox artırıb | Banco.az

Bu il Azərbaycan Avropaya qaz ixracını 10 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Avropaya 2,1 milyard kubmetr təbii qaz ixrac edib.

Bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir.

2023-cü ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz satışı 0,2 milyard kubmetr və ya 10,53 % artıb.

Ümumilikdə isə ötən iki ayda Azərbaycandan xaricə qaz satışı 4,1 milyard kubmetr təşkil edib ki, bu, bir il öncəki göstərici ilə eynidir.

Bu ilin ilk iki ayında Azərbaycandan Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı 0,3 milyard kubmetr və ya 17,65 % azdır. Gürcüstana isə nəql edilən təbii qazın həcmi 0,1 milyard kubmetr və ya 14,3 % azdır.

Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 0,8 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 11,12 % azdır.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram