Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari il fevral ayının 1-nə Azərbaycanda bank müştərilərinin sayı 14 milyon 803 min 775 nəfər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank müştərilərinin sayı illik müqayisədə 8,7% və ya 1 milyon 182 min 844 nəfər artıb.
Bu, 1 ay əvvəllə müqayisədə isə 149 min 391 nəfər və ya 1,1% çoxdur.
Qeyd edək ki, hesabat dövrünə müştəri hesablarının sayı isə 40 milyon 335 min 951 ədəd olub. Bu da ötən ilin eyni dövrünə nisbətdə 23,7% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!