Avrozonada iqtisadi artım azalma ilə əvəz oluna bilər | Banco.az

Avrozonada iqtisadi artım azalma ilə əvəz oluna bilər

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Avrozona 2024-cü ildə ÜDM-in -0,1%-də “mənfi artım” göstərəcək. 

Banco.az-ın məlumatına görə, bu proqnozu Britaniyanın “Oxford Economics” şirkəti dərc edib. 

Məlumata görə,  Avropanın ən böyük ölkələri - Almaniya və Böyük Britaniya cari ili daha zəif nəticələrlə başa vuracaqlar. Bu müvafiq olaraq -0,2% və -0,4% arasında olacaq. Fransanın ÜDM-i də -0,2%-ə düşəcək, Finlandiya və Estoniya isə hətta 1,5%-ə düşə bilər. BVF-nin hesablamalarına görə, qərbin sanksiyalarının ciddi təzyiqi altında olmasına baxmayaraq, Rusiya iqtisadiyyatı, bu il 2,6% artım əldə edə bilər. 

Ekspertlər hesab edir, aşağı ÜDM səviyyəsinə görə, Avropa Mərkəzi Bankına müəyyən siqnal göndərilməlidir. ECB-nin martın 7-də keçirilən iclasında hər üç baza faiz dərəcəsi eyni səviyyədə saxlanılıb. 
Kreditlər üzrə faiz dərəcəsi hələ də illik 4,5%, depozitlər üzrə - 4%, marjalı kreditlər üzrə - 4,75% təşkil edir. Analitiklərin fikrincə, faiz endirimi yayın ortalarına qədər davam edəcək. 
Məhz, bir sıra xarici ekspertlərin fikrincə, yüksək göstəricilər avrozonada ÜDM-in artımının ləngiməsinin səbəbidir. Britaniyalı analitiklərin fikirlərinə görə, ilin sonunda ÜDM-nin mənfi nəticələrə səbəb olmamağı üçün dərəcələrin mümkün qədər tez azaldılması lazımdır.
Lakin Avropa hakimiyyəti bu barədə danışmağa çalışmır. Hazırda çətin vəziyyətdə olan Almaniyada alman qurumları özləri 2022-2023-cü illər üçün sanksiyalardan itkilərini 200 milyard avro qiymətləndiriblər. İtkilər Avropa rəsmiləri arasında Çin və ABŞ-a münasibətdə Avropanın beynəlxalq rəqabət qabiliyyətinin necə aşağı düşdüyü barədə fikirlər doğurur. Bu, onları ölkə daxilində iqtisadi tənzimləməni, o cümlədən Rusiyaya qarşı növbəti sanksiyalar təzyiqinin əsaslandırılması ilə bağlı yenidən düşünməyə vadar edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram