Dünya bazarında neft ucuzlaşıb | Banco.az

Dünya bazarında neft ucuzlaşıb

Müəllif:Mehin Qasımova/Banco.az

Londonun ICE Futures birjasında Brent markalı may fyuçerslərinin qiyməti 0,56 dollar (0,68%) ucuzlaşaraq bir barel üçün 81,52 dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu vaxta qədər WTI markalı neftin aprel fyuçersləri Nyu-York əmtəə birjasında (NYMEX) 0,59 dollar (0,76%) ucuzlaşaraq 77,42 dollar/barelə düşüb. Əvvəlki sessiyada müqavilənin qiyməti 0,92 dollar (1,2%) ucuzlaşaraq 78,01 dollar/barel olub.

Son bir həftə ərzində beynəlxalq göstərici 1,8%, Şimali Amerikada 2,5% azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram