Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin ixrac və idxalı ilin ilk iki ayında proqnozları üstələyib.
Banco.az xəbər verir ki, qlobal ticarətin mübarizə aparan iqtisadi bərpanı dəstəkləməyə çalışdığı bir vaxtda bu, siyasətçilər üçün ümidverici bir siqnal kimi görünür.
Cümə axşamı günü açıqlanan gömrük məlumatlarına görə, dünyanın ikinci ən böyük iqtisadiyyatının yanvar-fevral ayları ərzində həyata keçirdiyi ixracat əvvəlki ildən 7,1 faiz çox olub ki, bu da iqtisadçıların 1,9 faizlik artım proqnozundan yüksək göstəricidir.
Sözügedən dövrdə idxal isə 3,5 faiz artıb ki, bu baxımdan proqnozlar 1,5 faiz artıma işarə edirdi.
Qeyd edək ki, ümumilikdə müsbət nəticələrə imza atan Asiya iqtisadiyyatları yarımkeçiricilərə artan tələbatdan faydalanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!