Müəllif:Mehin Qasımova/Banco.az
Forbes siyahısının keçmiş üzvləri, Amerika İT şirkətləri Veeam Software və Object First-in təsisçiləri Andrey Baronov və Ratmir Timaşev Rusiya vətəndaşlığından imtina ediblər .
Banco.az bu barədə Forbes-ə istinadən xəbər verir.
Belə ki, Rusiyanın Kipr Respublikasındakı səfirliyində iş adamları pasportlarından imtina ediblər. İndi onların ancaq ada dövlətinin vətəndaşlığı var. Baronov daimi olaraq İsveçrədə , Timaşev isə ABŞ -da yaşayır .
Milyonçular 2022-ci ilin əvvəlindən bəri Rusiya vətəndaşlığından imtina edən “Forbes”in 200 ən zəngin rusunun hazırkı və keçmiş üzvləri arasında səkkizinci və doqquzuncu iş adamlarıdır.
Daha əvvəl Coalco International inkişaf şirkətinin keçmiş sahibi, milyarder Vasili Anisimov Rusiya vətəndaşlığından imtina edib. Onun sərvəti 1,6 milyard dollar qiymətləndirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!