Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar ayında banklar 99.6 mln. manat xalis mənfəət, 143.6 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bunlar 2023-cü ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 9.3 milyon manat və 9.1 milyon manat çoxdur.
2023-cü ilin yanvar ayında banklar 90.3 mln. manat xalis mənfəət, 134.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Ötən ay ərzində banklar tərəfindən ümumilikdə 21.9 mln. manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.5% və ya 0.8 mln. manat daha azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!