Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) yeni sədrinin başçılığında ilk faiz qərarını açıqlayıb.
Banco.az xəbər verir ki, yeni sədr Fatih Karahanın sədrliyi ilə toplanan Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi bir həftəlik repo faizini sabit saxlayıb.
Belə ki, mərkəzi bankın qərarı ilə uçot dərəcəsi 45 faiz səviyyəsində qalıb.
İqtisadçılar da məhz belə bir qərar gözləyirdilər.
Bizi sosial şəbəkələrdən izləyin!!