Bu ölkə almaz idxalını kəskin artırdı | Banco.az

Bu ölkə almaz idxalını kəskin artırdı

Müəlllif:Gülbəniz Hüseynli/Banco.az

Hindistan yanvar ayında almaz alışını 1,5 dəfədən çox artırıb.

Banco.az xarici mediyaya əsasən xəbər verir ki, 2024-cü ilin yanvar ayında Hindistan 11,8 milyon karat almaz alıb. Hindistanın Qiymətli Daşlar və Zərgərlik İxracının Təşviqi Şurasının (GJEPC) məlumatına görə, idxalın həcmi keçən illə müqayisədə 63% yüksək olub.

İdxal edilən qiymətli daşların ümumi dəyəri 1,16 milyard dollar təşkil edib.Laboratoriyada yetişdirilən xammal təqribən 139 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə  5 faiz artım deməkdir.
Bu arada Hindistandan cilalanmış almaz ixracı keçən ay bir qədər azalıb. Ölkə 1,29 milyon karat satıb ki, bu da 2023-cü ilin analoji dövrünün dəyərindən 4% azdır. Eyni zamanda, sintetik almazların ixracı illik müqayisədə 10% artaraq 114 milyon dollar təşkil edib.
Xatırladaq ki, Hindistan dünyada kobud almazların əsas alıcılarından biridir. Bu ölkə eyni zamanda  cilalanmış almazların ən böyük istehsalçısıdır. Ölkə dünya almazının 95%-ni istehsal edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et