Azərbaycanda keçirilən Aqrar Biznes Festivalları çərçivəsində kredit yarmarkaları təşkil ediləcək.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov bu gün Bakıda keçirilən Beynəlxalq Aqro Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, məqsəd fermerlərin kreditə əlçatanlığının təmin edilməsidir: "Yarmarkalarda bankların regional nümayəndələri də iştirak edəcək. Bununla yanaşı, digər rəsmi şəxslərin iştirakı ilə panel müzakirələr təşkil ediləcək".
report
Bizi sosial şəbəkələrdən izləyin!!