Aİ 7 milyard avroluq hidrogen sərmayəsi üçün razılıq verib | Banco.az

Aİ 7 milyard avroluq hidrogen sərmayəsi üçün razılıq verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) hidrogen investisiyalarına 6,9 milyard avro maliyyə dəstəyini təsdiqləyib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) üzv ölkələrdə bərpa olunan hidrogen təchizatını artırmaq üçün infrastruktur layihələrinə 6,9 milyard avroluq dövlət dəstəyini təsdiqləyib.

Avropa Komissiyası Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Portuqaliya və Slovakiyanın birgə hazırladığı hidrogen infrastrukturuna dəstək layihələrinin təsdiqləndiyini açıqlayıb.

Qeyd olunub ki, 5,4 milyard avro özəl investisiyanı aktivləşdirəcək layihəyə üzv ölkələr 6,9 milyard avro dövlət maliyyəsi verəcək. 

Bəyanatda üzv ölkələrdən 32 şirkətin 33 layihədə iştirak edəcəyi bildirilib. Bu çərçivədə geniş miqyaslı elektrolizatorların, hidrogeni daşımaq üçün boru kəmərlərinin, hidrogen anbarlarının və bərpa olunan hidrogenin istehsalı üçün terminalların qurulacağı qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Aİ-yə üzv ölkələrin ictimai dəstəyi necə təmin edəcəyini müəyyən etmək Avropa Komissiyasının səlahiyyətlərinə aiddir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et