Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Rusiyada yanvarın 23-dən fevralın 5-dək olan dövrdə (son iki həftə ərzində) inflyasiya eyni səviyyədə 0,16% ətrafında qalıb. İllik ifadədə isə 7,2%-ə qədər azalıb.
Banco.az xəbər verir ki, hazırda ekspertləri maraqlandıran əsas cavab Mərkəzi Bankın faiz dərəcəsinin hansı istiqamətdə dəyişəcəyi ilə bağlıdır.
Məsələ ondadır ki, pul siyasətinin daha da sərtləşdirilməsi üçün heç bir ilkin şərt yoxdur, çünki məlumatlara görə, inflyasiya praktiki olaraq özünü hiss etdirmir. Əksər ekspertlər də yaxın gələcəkdə faiz dərəcəsinin 16% ətrafında qalacağını proqnozlaşdırırlar.
Maliyyə analitiklərinin qənaətinə görə, investorlar üçün yüksək faiz yaxşı vasitədir. Əgər ilin birinci yarısında 16 faiz qalarsa, o zaman bankda mövcud məzənnə, bir il öncədən müəyyən edilə bilər. Müəyyən şərtlər daxilində banklar öz müştərilərinə bu imkanı verirlər.
Hazırda ruslar arasında Çin yuanına maraq artmaqdadır.
İqtisadçılar hesab edir ki, Rusiyada növbəti devalvasiyası baş verərsə, çətin ki, yuana maraq böyük olsun. Üstəlik, bunun baş verib-verməyəcəyi hələlik məlum deyil. Çünki faiz dərəcəsi yüksək olanda əmanətçilər banka pul gətirib gəlirlərini kifayət qədər artırmaq barədə düşünürlər.
Bizi sosial şəbəkələrdən izləyin!!