Müəllif:Mehin Qasımova/Banco.az
Bitkoinin qiyməti 50 min dolları ötüb.
Banco.az xəbər verir ki, Coindesk platformasının məlumatına görə, ticarət sessiyası zamanı Bitkoinin dəyəri 3,83% artaraq 50,062 min dollara çatıb.
Qeyd edək ki,Bitkoinin qiyməti sonuncu dəfə 27 dekabr 2021-ci ildə 50 min dolları keçib.
Bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən verilə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!