Müəllif:Gülbəniz Hüseynli/Banco.az
ABŞ Mərkəzi Bankı (FED) uçot faiz dərəcəsini 5.25%-5.50% aralığında saxlayıb.
Banco.az FED-in press relizinə istinadən xəbər verir ki, qərarda FED faiz artımlarının bitdiyinə, lakin faiz dərəcələrini azaltmağa hazır olmadıqlarına işarə edib."Fed inflyasiyanın 2 faizə doğru getdiyinə tam əmin olmayana və bu haqqda kifayət qədər məlumat əldə etməyincə faiz dərəcələrini azaltmağı planlaşdırmır”.
FED 2023-cü ilin son üç iclasında faiz dərəcələrini artırmayıb. Sonuncu dəfə FED 2023-cü ilin iyul ayında faiz dərəcəsini 5.25-5.5%-ə yüksəldib.
Qeyd edək ki, FED-in növbəti iclası 19-20 mart 2024-cü il tarixlərində baş tutacaq. İqtisadçıların qənaətinə görə bu iclasda FED faiz qərarı ilə birlikdə yeni proqnozlarını açıqlaya bilər.