Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayının 1-nə Azərbaycan bankları 1 milyard 368 milyon manat qeyri-faiz gəlirləri əldə edib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 153 milyon manat və ya 12.6%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 152 milyon manat və ya 12.5% çoxdur.
Hesabat dövründə bankların qeyri-faiz xərcləri isə 2 milyard 335 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!