Kredit tarixçəsini necə düzəltmək olar? | Banco.az

Kredit tarixçəsini necə düzəltmək olar?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Kredit tarixçəsi banklar üçün vətəndaşın maliyyə sabitliyini və etibarlılığını qiymətləndirən sənədlərdən biridir.

Vətəndaş bankdan kredit əldə etdikdə və yaxud onlayn kredit müraciəti etdiyi zaman banka kredit tarixçəsi  təqdim olunur.

Son günlərin aktual mövzularından olan bu məsələ ilə bağlı Banco.az vacib məlumatları təqdim edir:

Kredit tarixçələrində borcu qaytaran müddətdə ödənişlər, gecikmələr vəs qeyd olunur. Banklar üçün ideal kredit tarixçəsinə sahib olmaq çox vacibdir. Kredit büroları tərəfindən aparılan bu araşdırmada  vətəndaşın əlavə olaraq ödənilməmiş aliment, mənzil, kommunal , telekommunikasiya xidmətləri və s  haqqında da məlumatlar əks olunur.

Daha sonra  kredit büroları müştərini fərdi kredit balları ilə dəyərləndirirlər.Bu ballar isə gələcəkdə yeni kredit almaq şansını artıra bilir.

Kredit tarixçəsini necə yoxlamaq olar?

Kredit tarixçəni yoxlamaq üçün həm banklar, həm də potensial borcalanlar kredit tarixçəsi məlumatlarına çıxış əldə edə bilərlər.

Mərkəzləşdirilmiş Kredit Reyestri fiziki və hüquqi şəxlərin məbləğlərindən asılı olmayaraq bütün kreditləri haqda məlumatların toplandığı elektron məlumatları “ASAN xidmət” mərkəzlərindən də əldə etməyiniz mümkündür.

Müraciət üçün tələb olunan sənədlər

Fiziki şəxslər üzrə:

Müraciət edənin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;

Şəxs fərdi sahibkardırsa, onun VÖEN-ni əks etdirən sənədin surəti;

Şəxsin özü müraciət prosesində iştirak etməyəcəyi halda onun qanuni nümayəndəsinin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin əsli və surəti.

Hüquqi şəxslər üzrə:

Ən sərfəli kredit üçün müraciət et

VÖEN-ni əks etdirən sənədin surəti;

Hüquqi şəxsi təmsil edən nümayəndənin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin əsli və surəti.

Kredit tarixçəni yaxşılaşdırmağın yolları

Korlanmış kredir tarixçəsinə səbəb zamanında  kredit borclarının vaxtında ödənilməməsidir.

Borcu aradan qaldırmağın isə iki qanuni yolu var:
1. Borcların ödənilməsi;
2. Müflis və iflasın elan edilməsi.
Bununla belə, iflasın elan edilməsi sənin kredit tarixçənə uzunmüddətli təsirlər göstərə bilər.

Kredit tarixçəsini yaxşılaşdırmaq və ya onun pisləşməsinin qarşısını almaq üçün əlavə strategiyalar aşağıdakılardır. 

1) Borcların restrukturizasiyası

2) Yenidən maliyyələşdirmə

3) Mövcud kreditin yenidən maliyyələşməsi

4) Mikrokreditlər

Əgər banklar kredit tarixçənə görə vətəndaşa nağd kredit vermək istəməsələr, şəxs mikromaliyyə təşkilatlarına (BOKT) müraciət edə bilər.

Həmçinin oxu:Banklardan kredit ala bilməyənlər BOKT-lara üz tutur

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram