"Tesla" gəlir və mənfəətini artırıb | Banco.az

"Tesla" gəlir və mənfəətini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Tesla" 2024-cü ildə daha zəif artım proqnozlaşdırır.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil nəhəngi “Tesla” ötən ilin son rübü üzrə balans hesabatını açıqlayıb.

Hesabata görə, şirkətin gəliri 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 25,2 milyard dollara çatıb. “Tesla” 2022-ci ilin dördüncü rübündə 24,3 milyard dollar gəlir əldə etmişdi.

Elektromobil istehsalçısının xalis mənfəəti isə sözügedən dövrdə təxminən iki dəfə artaraq 7,9 milyard dollara çatıb. “Tesla”nın xalis mənfəəti 2022-ci ilin dördüncü rübündə 3,7 milyard dollar olaraq hesablanmışdı.

“Tesla” 2023-cü ilin son rübündə qlobal miqyasda 494 min 989 avtomobil istehsal, 484 min 507 avtomobil tədarükü həyata keçirib. Bununla da, şirkətin avtomobil istehsalı illik 13 faiz, təhvil verilən avtomobillərin sayı isə 20 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şirkətdən edilən açıqlamada Texasdakı "Gigafactory" adlı istehsal müəssisəsində yeni nəsil avtomobil üzərində işlədikləri və bu səbəbdən bu il avtomobil həcmindəki artımın ötən illə müqayisədə aşağı ola biləcəyi xəbərdarlığı edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram