ABŞ-da istehlakçı inamı 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatıb | Banco.az

ABŞ-da istehlakçı inamı 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlakçı inamı 2021-ci ildən bəri ən yüksək səviyyədədir.

Banco.az xəbər verir ki, Miçiqan Universiteti amerikalı istehlakçıların tendensiyalarına uyğun olaraq hazırlanmış yanvar ayı üzrə ilkin İstehlakçı İnam İndeksi məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, İstehlakçı İnam İndeksi yanvar ayında ötən ayla müqayisədə 9,1 bənd artaraq 78,8 punkta çatıb.

Xatırladaq ki, ekspertlər bu göstəricinin 70 punkt olacağını düşünürdülər. İstehlakçı İnam İndeksi dekabrda 69,7 səviyyəsində idi.

Amerikalıların cari maliyyə şərtləri ilə bağlı qiymətləndirmələrini ölçən cari iqtisadi şərtlər indeksi isə yanvar ayında aylıq 10 bənd yüksələrək 83,3 punkta çatıb.

İstehlakçıların uzunmüddətli proqnozlarını əks etdirən istehlakçı proqnozları indeksi də eyni dövrdə 8,5 bənd artaraq 75,9 punta yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram