Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 13 fevral tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə 32 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Qeyd edilib ki, hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiyməti 500 manatdan 17 000 manata qədərdir.
Hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!