Ötən il dövlət büdcəsində 880 mln. manatdan çox kəsir yaranıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Ötən il dövlət büdcəsində 880 mln. manatdan çox kəsir yaranıb

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16% artaraq 35 milyard 574,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, ötən il büdcənin xərcləri isə 13,7% artaraq 36 milyard 458,5 milyon manata yüksəlib.

Nəticədə ötən il büdcə kəsiri 883,7 milyon manat təşkil edib. Bu isə 2022-ci ilə nisbətən 37% azdır. Belə ki, 2022-ci ildə büdcə kəsiri 1 mlrd. 402,8 mln. manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram