Pərakəndə ticarət dövriyyəsi 5 faizdən çox artıb | Banco.az

Pərakəndə ticarət dövriyyəsi 5 faizdən çox artıb

Pərakəndə ticarət dövriyyəsi haqqında 2023-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59,0 milyard manatlıq, o cümlədən 33,0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26,0 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.

Banco.az xəbər verir ki, bu barədə Dövlət  Statistika Komitəsi bildirib.

Məlumata görə, 2023-cü ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,6 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri ərzaq mallarının alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram