Müəllif:Mehin Qasımova/Banco.az
2024-cü ilin əvvəlində Çin fond bazarı daha bir mənfi nailiyyətlə üzləşib.
Banco.az Bloomberg-ə istinadla xəbər verir ki, xarici investorlar 7,9 milyard yuan (1,1 milyard dollar) dəyərində səhm satıblar ki, bu da son beş ildə ən pis nəticə olub .
İlin üçüncü həftəsində Çin şirkətlərinin qiymətli kağızları son beş ildə demək olar ki, ən aşağı səviyyədə ticarət edilir və yanvar ayı ölkədən kapital axınının qeydə alındığı ardıcıl altıncı aydır.
Bazarda pessimist əhval-ruhiyyənin səbəbi Çin iqtisadiyyatının ləng bərpası, deflyasiya təzyiqinin davam etməsi və vəziyyəti düzəltmək üçün təklif edilən siyasət tədbirlərinin şübhəli olmasıdır. İnvestorlar Çin səhmlərində artım potensialını görmürlər və şirkətlər geri alışlar apararkən qiymətli kağızlardan da qurtulmağa çalışırlar.
Analitiklərin fikirincə, bu Pekinin şirkətlərdən uzun müddət davam edə bilməyən dəyərini qorumaq üçün pul xərcləmələrini tələb etməsi ilə bağlıdır.
Daha əvvəl bildirilmişdi ki, 2023-cü ildə Çinin xarici ticarəti 2022-ci illə müqayisədə beş faiz azalıb. İdxal 5,5 faiz, ixrac isə 4,6 faiz azalıb. Ötən ilin sonunda CSI 300 indeksi (ən böyük Çin şirkətləri) öz dəyərinin 11,38 faizini, Honq Konq Hag Senq Birjası indeksi isə 13,82 faiz itirib.
Bizi sosial şəbəkələrdən izləyin!!