Bu ölkə kriptovalyuta birjalarının internet saytlarına girişi bloklayıb | Banco.az

Bu ölkə kriptovalyuta birjalarının internet saytlarına girişi bloklayıb

Müəllif:Mehin Qasımova/Banco.az

Hindistan dünyanın aparıcı kriptovalyuta birjalarının və virtual rəqəmsal aktiv xidmət təminatçılarının vebsaytlarına girişi bloklayıb.

Banco.az xəbər verir ki, bu barədə The Economic Times məlumat yayıb.

Qəzetinin məlumatına görə , "Binance", "Kucoin", "OKX" və digərləri bloklanıb.

Nəşrin məlumatına görə, bu, Hindistan hökumətinin ölkənin çirkli pulların yuyulmasına qarşı mübarizə qanunlarına əməl etməməsi ilə bağlı xarici kriptovalyuta birjalarına bildiriş göndərdikdən sonra baş verib. 28 dekabr 2023-cü ildə belə bildirişlər Binance, Kucoin, Bittrex, Bitstamp, MEXC Global, Houbi, Kraken, Gate.io və Bitfinex-ə göndərilib.

Hindistanın Maliyyə Kəşfiyyat İdarəsi bu platformalara tədbir görmək və Hindistan tərəfinin istəklərini nəzərə almaq üçün iki həftə vaxt verib. Qəzet bildirir ki, bu müddət yanvarın 12-də başa çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram