ABŞ qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib | Banco.az

ABŞ qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) bu il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu artırıb. 

Banco.az EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 102,3 mln. barel olacaq ki, bu, ötən proqnoz göstəricidən 0,15 mln. barel azdır.

Məlumata görə, gələn il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 103,95 mln. barel olacağı ehtimal edilir.

Əlavə edək ki, ötən il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 101,73 mln. barel səviyyəsində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram