Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Araşdırmaya görə, dünyanın ən zəngin 500 adamından 19-u eyni tarixdə - 30 noyabrda doğulub. Yanvarın 1-nə olan tarixdə isə 13 nəfər doğulub.
Banco.az xəbər verir ki, bir qrup araşdırmaçı milyarderlərin ortaq cəhətlərini tapmaq üçün onların doğum tarixlərini tədqiq etməyə başlayıblar. Məlum olub ki, dünyada mövcud əksər zəngin adamlar 30 noyabr tarixində doğulublar. Müvafiq olaraq, 500 ən zəngin milyarderdən 19-u, yəni təxminən 4 faizi bu tarixdə doğulub. O da məlum olub ki, oktyabr ayında 45 milyarder doğulub.
Bu araşdırmanın nəticəsində bəlli olub ki, ABŞ-ın "Advance Publications" media şirkətinin sahibi Donald Nyuhaus 15,8 milyard dollar sərvəti ilə noyabrın 30-da doğulan milyarderlər arasında ən varlı şəxsdir.
Sinqapurda boya və üzlük istehsalçısı “Wuthelam Holdings “şirkətini quran Goh Cheng Liang 11,1 milyard dollar sərvəti ilə 30 noyabrda doğulan milyarderlər siyahısında ikincidir. Lianq ümumi reytinqdə də 183-cü yerdədir. Üçüncü və dördüncü yerlər Çinin təhlükəsizlik avadanlığı təchizatçısı Hikvision şirkətinin vitse-prezidenti Qonq Hongjia və amerikalı kinorejissor Diane Hendricks-ə məxsusdur. Hongjia 10,8 milyard dollar, Hendricks isə 10,4 milyard dollar xalis sərvətə malikdir.
30 noyabrdan sonra ən populyar tarix 1 yanvardır.
“Coupon Follow” yazır ki, həmin gün 13 milyarder doğulub. İlin digər tarixlərində, bəzi günlərdə eyni gündə dördə qədər milyarder doğulub.
Ümumiyyətlə, ABŞ 189 nəfərlə dünyanın ən çox milyarderinə ev sahibliyi edən ölkədir. İkinci yerdə 53 milyarderin yaşadığı Çin qərarlaşıb. Bloomberg Milyarderlər İndeksinə görə, ən varlı şəxs Tesla, “X.com” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskdır. 219 milyard dollar sərvəti olan Mask iyunun 28-də anadan olub.
İkinci yerdə Amazonun sahibi Ceff Bezos dayanır. O yanvarın 12-də anadan olub. Bezosun sərvəti 170 milyard dollardır. Üçüncü yerdə qərarlaşan və 167 milyard dollar sərvəti olan fransız iş adamı Bernard Arnaultun doğum tarixi martın 5-dir.
Bizi sosial şəbəkələrdən izləyin!!