Ötən ilin 11 ayında Azərbaycana avtomobil idxalı 33%-dək artıb | Banco.az

Ötən ilin 11 ayında Azərbaycana avtomobil idxalı 33%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 1 milyard 522 milyon 373 min dollar dəyərində 88 738 ədəd avtomobil idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 32,7% və ya 21 872 ədəd artıb.

Avtomobil idxalına çəkilən xərc isə 590 milyon 278 min dollar (63,3%) artıb. 

Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycana 932,1 milyon dollar dəyərində 66 min 866 ədəd avtomobil idxal edilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram