Müəllif:Mehin Qasımova/Banco.az
"Tesla" avtomatik sükan funksiyasında yaranan problemə görə Çində satdığı 1,6 milyon elektrik avtomobilini geri çağıracaq.
Banco.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb.
Açıqlamada qeyd edilib ki,söhbət idxal olunan "Model S", "Model X" və "Model 3", eləcə də Çində konveyerdən çıxan "Model 3" və "Model Y"dən gedir. Geri çağırılma 26 avqust 2014-cü il və 20 dekabr 2023-cü il tarixləri arasında istehsal edilmiş avtomobillərə aiddir.
Bu qüsur yolda toqquşmaya səbəb ola bilər və idarə olunan nəqliyyat vasitəsinin salonunda olan insanların təhlükəsizliyinə təhlükə yaradır. Problemi həll etmək üçün Pekin və Şanxaydakı "Tesla" bölmələri avtomatlaşdırılmış yardım sisteminin yeni elementlərinin əlavə edilməsi ilə optimallaşdırılmış funksiyanı həyata keçirməyi planlaşdırır. Şirkət geri çağırılan avtomobillərin sahiblərinə xüsusi bildirişlər göndərəcək. Proqram təminatı optimallaşdırılarkən, sürücülərin emalatxanaya gəlməməsinə imkan verən havadan yeniləmə metodundan istifadə ediləcək. Bu mümkün olmadıqda, onlara yerli xidmət mərkəzlərinə pulsuz səfər təklif olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!