"Qlobal iqtisadi artım 2024-cü ildə yavaşlaya bilər" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Qlobal iqtisadi artım 2024-cü ildə yavaşlaya bilər"

Müəllif:Mehin Qasımova/Banco.az

Qlobal iqtisadi artım 2024-cü ildə yavaşlaya bilər.

Banco.az xəbər verir ki,bunu BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin İqtisadi Təhlil və Siyasət şöbəsinin direktoru Şantanu Mukerci brifinqdə bildirib.

"Bizim hesabatda 2023-cü ildə qlobal artımın 2,7% olacağı təsbit edilib. Lakin 2024-cü il üçün proqnozumuz 2,4%-ə endirilib", - o deyib.

Mukerci həmçinin qeyd edib ki, 2024-cü ildə inflyasiyanın “hədəf 2% səviyyəsinə” düşməsi lazımdır. Bununla belə, o, əlavə edib ki, dünya iqtisadiyyatı hələ də təhlükəli zonadan çıxmayıb və bu, tənəzzülə səbəb ola bilər. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram