Türkiyədə inflyasiya rekord həddə çatıb | Banco.az

Türkiyədə inflyasiya rekord həddə çatıb

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Türkiyənin illik inflyasiya səviyyəsi dekabrda 65 faizə çatıb.

Banco.az xəbər verir ki, bu barədə “İnsider Paper Agence” məlumat verib.

Qeyd olunur ki, Türkiyənin rəsmi illik inflyasiya səviyyəsi noyabrda 61,98 faizdən dekabrda 64,77 faizə yüksəlib. Daha əvvəl Türkiyə Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək bildirmişdi ki, 2024-cü ildə hökümət  inflyasiya səviyyəsini indiki səviyyədən təxminən iki dəfə, yəni 34 faizə qədər azaltmaq niyyətindədir.

Türkiyədə inflyasiya iyun ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən dərhal sonra 2021-ci ildən bəri ən aşağı səviyyəyə çatıb.

 Sonra illik ifadədə 38,2 faiz olan inflyasiya sentyabr ayına qədər demək olar ki, 60 faizə qədər sürətlənib.  Türkiyə Mərkəzi Bankının proqnozlarına görə, 2023-cü ildə Türkiyədə bu rəqəm 65 faiz olacaq, lakin ekspertlərin fikrincə, bu, 67 faizdən yuxarı ola bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram