Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın texnologiya şirkəti “Google” istifadəçi məxfiliyini pozmaq səbəbindən üzləşdiyi iddiada razılıq istiqamətində addım atıb.
Banco.az xəbər verir ki, “Google”un ana şirkəti “Alphabet” istifadəçi məxfiliyinin pozulması iddiası ilə Kaliforniya Dairə Məhkəməsi tərəfindən qaldırılan və 5 milyard dollar cərimə tələb edən məhkəmə işində razılığa müvəffəq olub.
Cümə axşamı Kaliforniyanın Oklend şəhərində ABŞ-ın Dairə Hakimi İvon Qonzales Rocers 5 fevral 2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasını təxirə salıb.
Razılaşmanın şərtləri açıqlanmasa da, vəkillər vasitəçilik yolu ilə məcburi ilkin protokolla razılaşdıqlarını və rəsmi razılaşmanı 24 fevral 2024-cü il tarixinədək təsdiq üçün məhkəməyə təqdim etməyi gözlədiklərini açıqlayıblar.
Xatırladaq ki, sözügedən məhkəmə işində dünyanın ən çox seçilən axtarış sistemi "Google" və onun ana şirkəti “Alphabet”dən ən azı 5 milyard dollar cərimə tələb olunmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!