AFB Bank-da fiziki şəxslərin depozitləri 92% artıb | Banco.az

AFB Bank-da fiziki şəxslərin depozitləri 92% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

AFB Bank-ın depozit portfeli 30 iyun 2026-cı il tarixinə 342 milyon 289 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli ilin əvvəli ilə müqayisədə 115 milyon 927 min manat və ya 51,2% artıb. 

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 219 milyon 39 min manat, hüquqi şəxslərin depozitləri isə 123 milyon 250 min manat təşkil edib. 

2025-ci ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozitləri 104 milyon 867 min manat (91,8%), hüquqi şəxslərin depozitləri isə 11 milyon 60 min manat (9,9%) artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram