Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-noyabr aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 520 milyon 475 min dollar təşkil edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 80 milyon 689 min dollar və ya 13,4% azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,29%-ni təşkil edib.
Cari ilin 11 aylıq dövründə ölkənin əczaçılıq məhsullarının ixracından qazancı isə 14 milyon 613 min dollar dəyərində olub.
Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 601,2 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib. İxrac isə 2,2 milyon dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!