Neft qiymətləri yenidən bahalaşıb | Banco.az

Neft qiymətləri yenidən bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri tələbə dair müsbət siqnallara görə bahalaşıb.

Banco.az xəbər verir ki, neft tələblə bağlı müsbət siqnallar, o cümlədən ABŞ-da xam neft ehtiyatlarının azalması və Fed-in faiz dərəcələrini endirməyə hazırlaşdığına dair işarələr fonunda beş ayın ən aşağı səviyyəsindən yüksəlib.

Çərşənbə günü ABŞ xam nefti iyunun sonundan bəri qeydə alınan ən aşağı səviyyədən 1,3 faiz bahalaşdıqdan sonra bir bareli 70 dollara yüksəlib.

Brent markalı neftin bir bareli isə 75 dollara yaxınlaşıb.

Qeyd edək ki, Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ABŞ-ın xam neft ehtiyatları ötən həftə proqnozlardan iki dəfə çox azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et