“Qoca qitə”nin iqtisadiyyatı dirçəlməyə başlayır: Çıxış yollarından biri də alternativ enerjidir | Banco.az

“Qoca qitə”nin iqtisadiyyatı dirçəlməyə başlayır: Çıxış yollarından biri də alternativ enerjidir

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Avropa  İttifaqı 2024-cü il üçün özəl və dövlət sərmayələri qarşısındakı maneələri aradan qaldırmağı qarşısına məqsəd qoyub”.

Bu fikirləri Banco.az-a  iqtisadçı Murad Calalov deyib. Əsasən əlverişli biznes mühitini dəstəklədiklərini ifadə edən M.Calalov vurğuladı ki, İttifaq  yaşıl enerji və rəqəmsal dövrə keçid üçün əlverişli şərait yaratmağa çalışır:

“Qışın gəlməsi ilə Rusiyanın Şimal layihəsində Avropaya təbii yanacağın ixracına qoyulan qadağası Avropanı bir qədər geriyə saldı. Avropanın iqtisadiyyatı inkişaf edən ölkələrindən olan Almaniya 2022-2023-cü ildə bu səbəbdən problemlər yaşadı.

Qış bitdikdən sonra Almaniya dövlətinin həm iqtisadi, həm siyasi baxımdan irəliləyişdə olduğunu  görə biləcəyik.  2025-2027-ci ilə kimi Almaniya dövlətinin  bərpa olunan enerji sistemində tam keçidi gözlənilir.  Bununla da Almaniyanın, xüsusilə də Avropanı digər ölkələrdən asılılığını aradan qaldıracaq”.

Avropanın hələ də Azərbaycan neftinə və qazına ehtiyac duyduğunu qeyd edən ekspert dedi ki, xüsusilə qış aylarında “Qoca qitə”nin ölkəmizdən enerji asılılığı yaranır.

“Bərpa olunan enerji siyasətində Almaniyanın atdığı addımlar böyükdür. Hazırda bu sahənin inkişafı üçün xaricdən işçi qüvvəsi, ekspertlər, mütəxəssislər cəlb edilir. Alternativ enerji sahəsində daha peşəkar kadrlara duyulan ehtiyac səbəbindən universitetlər yaradılıb, bu ixtisas üçün tədris prosesi belə aparılmaqdadır. 

Avropa İttifaqı tərkibində olan xüsusi komissiya Bundesbank qarşısında şərtlər qoyub.  Hələ də nə banklar, nə də dövlətin digər maliyyə sektorları tam olaraq o şərtlərə  çata bilmirlər. Ümumi nəzər yetirdikdə vəziyyət yaxşıdır, amma hələ də risk altında olan ölkələr var.  Avropa Komissiyasının iqtisadiyyatı dirçəltmək üçün qoyduğu şərtlərə Almaniya, Hollandiya Avstriya hələ də ödəyə bilmir. Bu siyahıya  Fransa, İtaliyanı də əlavə etmək olar”.

Ən sərfəli kredit üçün müraciət et

  Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Komissiyası 2023-cü ildə Avrozonada iqtisadi artım gözləntisini 0,8 faizə endirmişdi. Hesabatda Aİ iqtisadiyyatının 2023-cü ildə 0,8 faiz, 2024-cü ildə 1,4 faiz, Avrozona iqtisadiyyatının isə 2023-cü ildə 0,8 faiz, 2024-cü ildə 1,3 faiz artacağı proqnozlaşdırılmışdı.

Statistikaya əsasən avrozona ölkələrinin Ümumi Daxili Məhsulu (ÜDM) 2023-cü ilin 1-ci rübündə ötən rüblə müqayisədə 0,1 faiz, Aİ-nin ÜDM-i isə 0,3 faiz artıb. Eyni zamanda ötən ilin ilk rübü ilə müqayisədə avrozona ölkələrində və Aİ-də qeydə alınan artım daha yüksək olub – 1,3 faiz.

Oktyabr  ayında isə avrozonada istehlak qiymətləri illik müqayisədə 2,9 faiz artıb. İnflyasiyanın sürəti sentyabrdakı 4,3 faizdən kəskin azalaraq 2021-ci ilin iyul ayından bəri minimum səviyyəyə düşüb.

 Statistika İdarəsinin digər məlumatına əsasən avrozonanın ÜDM-i üçüncü rübdə əvvəlki üç ayla müqayisədə 0,1 faiz azalıb. Buna baxmayaraq, illik ifadədə avrozona iqtisadiyyatında cüzi də olsa artım var - 0,1 faiz.

Avrozonanın aparıcı iqtisadiyyatına malik Almaniyanın ÜDM-i üçüncü rübdə əvvəlki rüblə müqayisədə 0,1 faiz azalıb, Fransada - 0,1 faiz artıb, İtaliyada - dəyişməyib, İspaniyada - 0,3 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et