Müəllif: Tamara Mustafayeva, Banco.az
ISM oktyabr ayına dair xidmət sektoru üzrə PMI göstəricisini açıqlayıb.
Banco.az xəbər verir ki, məlumata görə, ISM-in xidmət sektoru PMI göstəricisi oktyabr ayında əvvəlki aya nisbətən 2,4 bənd artaraq 52,4 səviyyəsinə yüksəlib.
Bazar gözləntilərinə əsasən, indeksin bu dövrdə 50,7 səviyyəsində olması proqnozlaşdırılırdı.
Oktyabrda sektorun artımda olduğunu göstərən indeks sentyabrda 50 səviyyəsində qeydə alınmışdı.
İstehsal indeksi oktyabrda aylıq müqayisədə 4,4 bənd artaraq 54,3-ə, yeni sifarişlər indeksi 5,8 bənd yüksələrək 56,2-yə, məşğulluq indeksi isə 1 bənd artaraq 48,2-yə çatıb.
Hesabat dövründə xidmət sektorunun 11 alt sahəsində artım müşahidə olunub, 6 alt sahəsində isə azalma qeydə alınıb.
Artım müşahidə olunan sahələr bunlardır: qonaqlama və iaşə xidmətləri, pərakəndə ticarət, topdansatış ticarəti, daşınmaz əmlak, icarə və lizinq, səhiyyə və sosial yardım, ictimai xidmətlər, nəqliyyat və anbarlama, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, informasiya, peşəkar, elmi və texniki xidmətlər, həmçinin təhsil xidmətləri.
Azalma müşahidə olunan sahələr isə incəsənət, əyləncə və istirahət, şirkət idarəçiliyi və dəstək xidmətləri, maliyyə və sığorta, dövlət idarəçiliyi, tikinti və digər xidmətlər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
