FED-in zərəri 123 milyard dollara yaxınlaşıb | Banco.az

FED-in zərəri 123 milyard dollara yaxınlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sisteminin (FED) noyabr ayının sonuna olan zərəri 122 milyard dolları keçib.

Banco.az xəbər verir ki, FED-in 2022-ci ilin sentyabrından bəri zərər açıqlaması və ABŞ Xəzinədarlığına töhfə verə bilməməsi ölkənin dövlət borcları üzərində faiz yükünün artdığı bir dövrdə narahatlıq doğurur.

Qeyd edək ki, FED sahib olduğu istiqrazlardan və banklara göstərdiyi xidmətlərdən əldə etdiyi gəlirdən daha çox faiz ödəyir. FED-in gəliri əməliyyat xərclərini üstələdiyi üçün mərkəzi bank artıq qazancını ABŞ Xəzinədarlığına köçürə bilmir.

FED məlumatlarına görə, aktiv alış əməliyyatını 2022-ci ilin mart ayında tamamlayan və faiz dərəcələrini artırmağa başlayan mərkəzi bank 2022-ci ilin sentyabr ayından etibarən zərərlə üzləşmiş kimi görünür.

Faiz artımlarına paralel olaraq bankın zərəri artmaqla noyabrın sonuna olan məlumatlara görə, 122,6 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Aqressiv monetar siyasət mövqeyi FED-in maliyyə göstəricilərinə təsir etməklə yanaşı, faiz xərcləri artan ABŞ Xəzinədarlığına da təzyiq edir. ABŞ Xəzinədarlığı 33 trilyon dollardan çox dövlət borcunun 2023-cü ilin oktyabr ayının sonuna qədər 1 trilyon dolları keçən faiz dəyəri ilə mübarizə aparır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et