Avstraliya iqtisadiyyatı gözləniləndən çox artım göstərib | Banco.az

Avstraliya iqtisadiyyatı gözləniləndən çox artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliyada iqtisadi artım proqnozları üstələyib.

Banco.az xəbər verir ki, Avstraliyanın ümumi daxili məhsulu (ÜDM) üçüncü rübdə illik 2,1 faiz artaraq iqtisadçıların gözlədiyi 1,8 faiz artımını üstələyib və ikinci rübdə qeydə alınan nisbətlə eynilik təşkil edib.

Ölkənin Statistika Bürosu mövsümi təsirlərdən kənarlaşdırılmış rüblük ÜDM-nin isə 0,2 faiz artdığını bildirib. Bunun əsas səbəbi kimi sözügedən dövrdə artan dövlət istehlakı və kapital qoyuluşu göstərilir.

Bununla belə bildirilib ki, ev təsərrüfatlarının istehlakı və ÜDM-in artım templəri davam edən yaşayış təzyiqləri və yüksək faiz dərəcələri səbəbindən rüblük olaraq yavaşlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et