Sürücü - Təşkilati Departament | Banco.az
Bank Respublika

Sürücü - Təşkilati Departament

Vakansiya haqqında məlumat: 

Ümumi vəzifə öhdəlikləri:

  • Ona həvalə olunmuş nəqliyyat vasitəsi ilə kart məhsullarının müştərilərə təqdim olunması;
  • Həvalə olunmuş nəqliyyat vasitəsinin qorunması və yararlı vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Təhlükəsizlik qaydalarına riayət etmək;
  • Rəhbərliyin avtomobilinin sürülməsi ilə bağlı ona həvalə edilmiş vəzifələri həyata keçirmək.

Namizədə qarşı tələblər:

  • Sahə üzrə 2 il təcrübə;
  • Yol hərəkəti qaydalarını bilməli;
  • “B” kateqoriyalı sürücülük vəsiqəsi olmalı (“BC” kateqoriyalı vəsiqənin olması arzuolunandır);
  • Nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarına və təhlükəsizlik tədbirlərinə ciddi riayət etməli;
  • Diqqətli, səbrli və təmkinli olmalı;
  • İntizamlı və məsuliyyətli olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 Dekabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Sürücü qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.