Müəllif: Gülnar Əhmədli, Banco.az
Danimarka, Finlandiya, İsveç, Norveç və İslandiya və ya sadəcə Skandinaviya ölkələri. Bu ölkələr yüksək rifah səviyyəsi, möhtəşəm təbiət gözəllikləri və ən əsası xoşbəxt insanları ilə tanınır. Skandinaviya ölkələri adambaşına düşən gəlirə gəldikdə dünyanın bütün digər ölkələrini qabaqlayır. Avropanın ən şimal nöqtəsində yerləşən bu xoşbəxt insanlar diyarı təhsil, demokratiya kimi sahələrdə bir çox ölkələrə nümunə ola biləcək səviyyədədir. Digər tərəfdən, bu ölkələrin hər birində fərqli dillərdə danışılsa da, Skandinaviya həyat tərzinin böyük oxşarlıqları var və Skandinaviya ölkələri əsasən ortaq bir tarixə malikdir.
Bu məqaləmizdə Skandinaviya ölkələri haqqında qısa məlumat verəcəyik.
Ümumi dillə desək, Skandinaviya Şimali Avropa ölkələrinin coğrafiyası hesab olunur. Bir qayda olaraq İsveç, Norveç və Danimarka Skandinaviya sayılır. Bundan başqa Skandinaviyaya çox vaxt İslandiyanı və Finlandiyanı, eləcə də Farer adalarını əlavə etməklə, bu termini Şimali Avropa anlayışı ilə yaxınlaşdırırlar. Bu ölkələrin dillərinə Skandinaviya dilləri deyilir.
İndi isə ölkələr haqqındakı qısa məlumatlara keçək.
Danimarka
Kopenhagen Skandinaviyada yerləşən Danimarkanın paytaxtıdır. Danimarka konstitusiyalı monarxiya ilə idarə olunur. Qrenlandiya və Farer adaları da Danimarkaya aid olan adalardır. İslandiya 1944-cü ilə qədər Danimarka hakimiyyəti altında qalıb. İllərdir dalbadal birinci yeri tutan Danimarka xoşbəxtlik səviyyəsi yüksək olan Skandinaviya ölkəsidir. Təxminən 1 milyon 215 min əhalisi olan Kopenhagen həm Danimarkanın, həm də digər Skandinaviya ölkələrinin ən sıx məskunlaşdığı şəhərdir. Paytaxtın ən çox inkişaf edən sektorlarını sadalamaq lazım gələrsə, liman idarəçiliyi və ticarəti qeyd edə bilərik.
İsveç
Rəsmi olaraq İsveç Krallığı Şimali Avropada Skandinaviya yarımadasında yerləşən bir ölkədir. Ölkənin sərhəd qonşuları qərbdən və şimaldan Norveç, şərqdən isə Finlandiyadır. İsveç həmçinin cənubda Öresund boğazı ilə Danimarkayla birləşir. Təxminən 450,295 km² ərazisi ilə İsveç Avropa İttifaqı ölkələri arasında üçüncü ən böyük ölkədir. Ölkənin ümumi əhalisi 10 182 291 milyon nəfərdir. Ölkə əhalisinin 85%-i şəhərlərdə yaşayır. İsveçin paytaxtı Stokholmdur, bu da ölkənin ən böyük şəhəri hesab olunur. Paytaxtda 2 milyona yaxın insan, mərkəzdə isə 1,3 milyon insan yaşayır. Ölkənin digər böyük şəhərləri kimi Göteborq və Malmö şəhərlərini qeyd edə bilərik.
İsveç parlament sistemi olan və qanuni monarxiya ilə idarə olunan bir ölkədir. Bundan əlavə, ölkə 1995-ci il yanvarın 1-dən Avropa İttifaqı ölkəsidir. Ölkənin həm də ən böyük şəhəri olan paytaxtı hər il 1,5 milyon turist ziyarət edir. Hər il Stokholmda Nobel mükafatı mərasimi keçirilir.
Norveç
Rəsmi adı Norveç Krallığı kimi tanınan Şimali Avropada Skandinaviya yarımadasının qərbində yerləşən bir ölkədir. Finlandiya, İsveç və Rusiya ilə qonşu olan ölkənin qərbində Atlantik okeanının qolu olan Norveç dənizində sahil xətti var. Konstitusiyalı monarxiya ilə idarə olunan ölkənin paytaxtı Oslodur. Norveç 385,207 km2 əraziyə yayılmış Şimali bir ölkədir. Onların Avropa İttifaqına mənfi yanaşmasının səbəbi bunun balıqçılıq sənayesinə mənfi təsir edəcəyindən narahat olmalarıdır. Digər tərəfdən Norveç İsveçrə, İslandiya və Lixtenşteynlə EFTA (Avropa Azad Hərəkat Təşkilatı) üzvüdür. Bu üzvlükdən çıxmaq və ya Aİ-yə keçmək istəmirlər.
Norveç dünyanın ən xoşbəxt ölkələrindən biri hesab olunur. Norveçdə dünyanın ən gözəl təbiəti var desək yanılmarıq. Üstəlik, ölkənin təbii gözəllikləri hər zaman hamının üzünə açıqdır. Onların təbiətlə təmasda keçirdikləri həyat Norveç xalqının xoşbəxtliyinin mühüm səbəblərindən biridir. Ölkənin paytaxtı Oslonun əhalisi təxminən 685 min nəfərdir. Eyni zamanda, Oslo Skandinaviyanın ən izdihamlı və bahalı şəhərlərindən biridir. Osloda mədəni və tarixi turizm yüksək səviyyədə inkişaf edib.
İslandiya
Siyahımızda 4-cü yerdə olan İslandiya Qrenlandiyanın cənub-şərqində, Atlantik okeanının şimalında və Skandinaviya və Böyük Britaniyanın şimal-qərbində yerləşən ada və Avropa ölkəsidir. Paytaxt və ən böyük şəhəri ölkənin cənub-qərbində yerləşən Reykyavikdir. Reykyavikdə İslandiya əhalisinin üçdə ikisindən çoxu yaşayır. Reykyavik həm də dünyanın ən şimal paytaxtı hesab olunur. Əslində İslandiya rəsmi olaraq Avropa İttifaqının (Aİ) bir hissəsi deyil. Yəni coğrafi baxımdan Avropaya aid deyil. Amma mədəni baxımdan Avropanın bir hissəsidir. İslandiya hazırda Aİ qanunlarına əsasən səsvermə hüququna malik olmayan iştirakçı kimi Şengen zonasının üzvüdür.
İslandiya dünyanın ən xoşbəxt ölkələri sırasındadır. Eyni zamanda, İslandiya çox yaxşı iqtisadiyyata və yüksək rifah səviyyəsinə malik ölkədir. Turizmin xüsusilə yaxşı inkişaf etdiyi bu şimal ölkəsi möhtəşəm təbiəti ilə görənləri valeh edir. İslandiyalıların xoşbəxtliyinin səbəbi ümumiyyətlə dostluq münasibətləri ilə bağlıdır. Əhalisinin kifayət qədər az olduğu ölkədə demək olar ki, əksər insanlar bir-birini tanıyır və etibar edirlər. Ölkənin paytaxtı Reykyavikin əhalisi təxminən 180 min nəfərdir. Reykyavikdə balıqçılıq və qış turizmi kifayət qədər inkişaf edib.
Finlandiya
Skandinaviya ölkələrinin siyahısını Finlandiya ilə tamamlayırıq. Rəsmi olaraq Finlandiya Respublikası Şimali Avropada, Baltik dənizi sahilində yerləşən Şimali Avropa ölkəsidir. Skandinaviya yarımadasında yerləşir və paytaxtı Helsinkidir. Finlandiya körfəzinin sahilində yerləşən şəhərin əhalisi təxminən 645 min nəfərdir. Şərqdə Rusiya, şimalda Norveç, qərbdə isə İsveç yerləşir. Ölkədə saunaların sayı kifayət qədər çoxdur. Skandinaviya ölkəsi Finlandiya dünyanın ən xoşbəxt ölkələri arasında beşinci yerdədir. Bunun səbəblərindən biri Finlandiyanın inkişaf edən iqtisadiyyatıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!