Müəllif: Gülnar Əhmədli, Banco.az
Fərdi kompüterlərdən tutmuş yaddaş çiplərinə qədər elektronika ticarəti dünya iqtisadiyyatında mühüm rol oynayır. "McKinsey" Qlobal İnstitutunun məlumatına görə, 2021-ci ildə qlobal elektronika ixracı 4,1 trilyon dollara çatıb.
Banco.az dünyanın 10 ən böyük elektronika ixracatçısını və onların 2000-ci ildən bəri ixracda payının necə dəyişdiyini təqdim edir.
Qeyd edək ki, siyahıda "McKinsey"in məlumatlarından istifadə edilib. Ölkələrin qarşısında qeyd edilən faizlər onların 2021-ci ildəki ixracda payıdır:
- Çin - 34% (2000-ci il - 9%)
- Tayvan - 11% (2000-ci il - 6%)
- Cənubi Koreya - 7% (2000-ci il - 5%)
- Vyetnam - 5% (2000-ci il - yoxdur)
- Malayziya - 5% (2000-ci il - 5%)
- Yaponiya - 4% (2000-ci il - 13%)
- Amerika Birləşmiş Ştatları - 4% (2000-ci il - 16%)
- Almaniya - 4% (2000-ci il - 5%)
- Meksika - 3% (2000-ci il - 3%)
- Tayland - 3% (2000-ci il - yoxdur)
- Digər ölkələr - 20% ((2000-ci il - 30%)
Bizi sosial şəbəkələrdən izləyin!!