"AzerGold"un ixrac gəlirləri cüzi artıb | Banco.az

"AzerGold"un ixrac gəlirləri cüzi artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"AzerGold" QSC bu ilin yanvar-oktyabr ayları ərzində 85.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın noyabr sayına istinadən xəbər verir ki, bu, 2022-ci ilin ilk 10 ayı ilə müqayisədə 1.4 milyon ABŞ dolları və ya 1.6% çoxdur. 

Qeyd edək ki, "AzerGold" 2022-ci ilin eyni dövründə ixracdan 83.8 milyon ABŞ dolları gəlir əldə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram