Müəllif: Gülnar Əhmədli, Banco.az
Son 50 ildə dünya əhalisinin sayı iki dəfə artıb.
2022-ci ildə Yer kürəsində əhalinin sayı 8 milyarda çatıb. BMT-nin məlumatına görə, 2023-cü ilin iyul ayına qədər dünyadakı insanların sayı 8,045,311,447 nəfər təşkil edib.
Banco.az xəbər verir ki, “VisualCapitalist” BMT-nin informasiyalarına istinadən, dünyada əhalini sanki 1 000 nəfərin yaşadığı kimi təsvir edərək onların daha çox hansı ölkələrdən üstünlük təşkil edəcəyini araşdırıb.
Hesablamalara görə, 1 000 nəfərdən yalnız 1-i azərbaycanlı olacaqmış.
Mörtərizədə ölkələrin bu ilin iyul ayına olan əhalisinin sayı qeyd edilib.
Hindistan (1.428.627.663) – 178 nəfər
Çin (1.425.671.352) – 177 nəfər
Amerika Birləşmiş Ştatları (339.996.563) – 42 nəfər
İndoneziya (277.534.122) – 35 nəfər
Pakistan (240.485.658) – 30 nəfər
Nigeriya (223.804.632) – 28 nəfər
Braziliya (216.422.446) – 27 nəfər
Banqladeş (172.954.319) – 22 nəfər
Rusiya (144.444.359) – 18 nəfər
Meksika (128.455.567) – 16 nəfər
Efiopiya (126.527.060) – 16 nəfər
Yaponiya (123.294.513) – 15 nəfər
Filippin (117.337.368) – 15 nəfər
Misir (112.716.598) – 14 nəfər
Konqo Respublikası (102.262.808) – 13 nəfər
Vyetnam (98.858.950) – 12 nəfər
İran (89.172.767) – 11 nəfər
Türkiyə (85.816.199) – 11 nəfər
Almaniya (83.294.633) – 10 nəfər
Digər ölkələr – 310 nəfər
Bizi sosial şəbəkələrdən izləyin!!