Qızıl qiyməti rekord səviyyəyə qalxıb | Banco.az

Qızıl qiyməti rekord səviyyəyə qalxıb

Müəllif:Mehin Qasımova/Banco.az

Qızılın qiyməti noyabrın 27-də bir unsiya üçün iki min dolları keçərək son altı ayın ən yüksək həddinə çatıb.

Banco.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Belə ki, ayın əvvəlindən qiymət artımı 1,5 faiz təşkil edib.

Analitiklər qiymətli metalın bahalaşmasını dolların zəifləməsi və investorların  ABŞ Federal Ehtiyat Siseminin  (FRS, yerli Mərkəzi Bank) hələ də pul siyasətini sərtləşdirməyəcəyinə inamı ilə əlaqələndirirlər.

Bazar ertəsi qızılın bir unsiya qiyməti 2013,1 dollara yüksəlib. Bu göstərici may ayından bəri ən yüksək göstərici olub. Eyni zamanda, eyni gündə Nyu-Yorkun COMEX birjasında dekabr ayında tədarük üçün qiymətli metalın bir unsiya qiyməti 2013,4 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, oktyabrın sonunda qızıl qiymətləri İsrail ordusunun  Qəzza zolağında genişmiqyaslı quru əməliyyatı keçirməsi xəbərləri fonunda artıb. Ekspertlərin fikrincə, qızılın qiyməti 2020-ci ilin tarixi rekordunu qırmağa qadirdir, o zaman bu rəqəm bir unsiya üçün 2075,47 dollar təşkil edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et