Yaponiyada baza inflyasiyası proqnozlara uyğun gəlməyib | Banco.az

Yaponiyada baza inflyasiyası proqnozlara uyğun gəlməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada baza istehlak qiymətləri oktyabr ayında gözlənildiyindən daha yavaş artıb.

Banco.az xəbər verir ki, Yaponiya Statistika Təşkilatı tərəfindən açıqlanan məlumatlara görə, təzə ərzaq xərclərini nəzərə almayan baza istehlak qiymətləri indeksi (CPI) oktyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 2,9 faiz artıb.

İqtisadçılar əsas CPI-nin 3.0 faiz olacağını gözləyirdilər.

Sözügedən dövrdə enerji məhsulları və təzə ərzaq məhsulları istisna olmaqla hesablanan istehlak qiymətləri isə əvvəlki ilə nisbətən 4 faiz artıb. Sentyabr ayında bu göstərici 4,2 faiz idi.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, inflyasiya ardıcıl 19 ay ərzində Yaponiya Mərkəzi Bankının (BoJ) 2 faizlik hədəfindən yüksəkdədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram