Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edir | Banco.az

Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edir

Azərbaycanın strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib.

Belə ki, 2023-cü ilin sentyabr ayının 29-na ölkənin strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edib. (2023-cü ilin I yarısı üzrə mal və xidmət idxalı götürülməklə).

Bu barədə “Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilib.

Qeyd edək ki, strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3.4 dəfə üstələyib. (2023-cü ilin 9 ayının yekunu üzrə olan M2 pul aqreqatı götürülməklə).

apa

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et