İƏİT regionunda iqtisadiyyat üçüncü rübdə 0,5 faiz artıb | Banco.az

İƏİT regionunda iqtisadiyyat üçüncü rübdə 0,5 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində Ümumi Daxili Məhsul (ÜDM) ilin III rübündə 0,5 faiz artıb.

Banco.az xəbər verir ki, OECD-nin açıqladığı ilkin məlumatlara görə, G7 ölkələrində ikinci rübdə 0,2 faiz olan artım üçüncü rübdə 0,6 faizə yüksəlib. Bunda ABŞ iqtisadiyyatında artımın sürətlənməsi təsirli olub.

Məlumatlar göstərir ki, G7 ölkələri arasında Kanada, İtaliya və Böyük Britaniyanın iqtisadiyyatı üçüncü rübdə artıma nail ola bilməyib. Fransada 0,1 faiz artım müşahidə olunub. Yaponiya və Almaniyada bu dövrdə iqtisadiyyat müvafiq olaraq 0,5 faiz və 0,1 faiz kiçilib.

Müvafiq məlumatların mövcud olduğu digər İƏİT ölkələri arasında üçüncü rübdə Polşa və Kosta-Rikada iqtisadi artım müvafiq olaraq 1,4 faiz və 1,3 faiz hesablanıb. Macarıstan və Meksika iqtisadiyyatı isə bu dövrdə 0,9 faiz artıb.

İrlandiya və Finlandiya müvafiq olaraq 1,8 faiz və 0,9 faiz iqtisadi daralma müşahidə edilən ölkələr olub.

Ən sərfəli kredit üçün müraciət et

Avrozona iqtisadiyyatı isə üçüncü rübdə 0,1 faiz kiçilib.

Beləliklə, İƏİT ölkələrində iqtisadiyyat ilin ikinci rübündə olduğu kimi, üçüncü rübdə də 0,5 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et